Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Bloq Haqqında

 

Məsiha

  • Məsiağa Məhəmmədinin bloqu

Sayğac

    • İndi blogda: 1
    • Keçən ayın hiti: 12612
    • Dünənki hit: 475
    • Bugünkü hit: 56
    • Ümumi hit: 161006
    • Free Page Rank Tool

Müxtəlif

  • baxış
    30

    (hekayə)

    “Ora daha biz üçün qürbət deyil”, – rəhmətlik böyük atam dedi.

    Onların qəbirləri bizimki kimi deyil. Siman* bölüklərini yan-yana düzürlər, məsələn, olurkazimi  qəbir. Həmi də tanışların başı üstə fatihə verə-verə bu başından o başınacaq gedib çıxdığımız öz qəbristanlarımız kimi deyil ora. “Behişti-Zəhra”** özü üçün bir şəhərdir. Neçə-neçə xiyabanı var, buranın xiyabanlarının tayı yox ha, elə bil asfaltı gecəynən gətirib töküblər ora. Biri tanımayan olsa, heç yüz ilə də tapa bilməz öz adamını. Bir dənə, iki dənə deyil, bizim şəhərin adamları qədər qəbir daşı var orda. Rəhmətlik Qotaz bəyin qəbriynən Xatının qəbri arasında üç xiyaban fasilə var. Xatını basdırandan sonra Qotazın da torpağı üstünə gedib fatihə vermək istədik, ancaq hara gedəcəkdik. Dedilər, onun qəbrini qız nəvəsi yaxşı tanıyır. Uzaqdan-yaxından gələn qonaqların arasında nə qədər onu gəzdiksə, gədəni tapa bilmədik. Axırda öz Məşə Bayatımız dedi, elə uzaqdan-uzağa fatihəni oxuyub havaya piləsək, yel onu aparıb yerinə yetirər. Biz də göz işlədikcə bir-birinin yanına düzülmüş qəbirlərə baxa-baxa həmd-surəni oxuyub pilədik. Mənə elə gəldi ki, gecə çörəyinə möhtac olan xeylək adamın qonşuluğunda kabab bişirirəm öz adamıma.

    behishti-zahra

    Davamı...

    Şərhlər(3) Başqa müəlliflərdən Bookmark and Share

     

  • baxış
    100

    Məzahir Şəhamət. ŞEİRLƏR

    Yazar: Məsiha Tarix: İyun 8, 2009 5:33

    Məzahir Şəhamət – 1966-cı ildə Güney Azərbaycanda, Ərdəbil əyalətinə daxil olan Meşkinşəhr yaxınlığındakı Rəzi qəsəbəsində doğulub. Əsərlərini farsca yazır. “İlk şeirlər” adlı poetik toplusu 1993-cü ildə işıq üzü görüb. Sonralar nəsr sahəsində də qələmini sınayıb. İndiyədək iki romanı çap olunub, “13” adlı hekayələr toplusunun nəşrinə isə icazə verilməyib. Aşağıdakı şeirlər Şəhamətin 2006-cı ildə çıxmış “Dairənin neçənci küncündən” adlı toplusundan seçilərək tərcümə olunub.

    ♦ ♦ ♦

    Həmin bu otaqda
    sizin ayağınızın yanında
    stolun kənarında iki stul
    üstündə iki boş stəkan
    hələ də lal soba və qəhvə iyi
    yox, güzgüdən heç nə soruşma
    işıq sönəndən sonra heç nəyi xatırlamır
    sən tarixi müqayisələri unutmusan
    nəyinsə forması ya rəngi heç bir zamanı yada salmır
    hətta pəncərədən necə canlandırıcı şəkildə baxsan da
    nə varsa hər şey lal dumanda gizlənib
    onlar kim olublar
    nə ediblər burada
    və hara gediblər?

    mezahir

    Davamı...

    Şərhlər(5) Tərcümələr Bookmark and Share

     

  • baxış
    70

    VƏCD İLƏ KƏŞF ARASINDA

    Yazar: Məsiha Tarix: İyun 7, 2009 8:39

    yaxud

    GÜLLƏRİN NƏBZİNİ TUTAN ŞAİR

    Zəngin tarixi köklərə və bədii-estetik ənənələrə malik fars poeziyası XX yüzilikdə çoşqun inkişaf dövrü yaşamış, getdikcə daha sıx inteqrasiya olunduğu dünya ədəbiyyatına daim adları ilə öyündüyü böyük klassiklərlə yanaşı, bir sıra önəmli müasir simalar bəxş etmişdir. Beşiyi başında Nima Yuşicin (1895-1960) durduğu modernist mahiyyətli “yeni şeir” (“şe’r-e nou”) hərəkatı ötən əsrin 50-60-cı illərində özünün bütöv bir pleyadasını ərsəyə gətirməklə, fars poeziyasında aparıcı təmayülə çevrildi və öz sürətli təkamülünün yeni mərhələsinə daxil oldu. Bu dövr şairləri içərisində Söhrab Sipehri istər “yeni şeir”in gəlişməsinə verdiyi töhfə, istərsə də yaradıclıq üslubunun özünəməxsusluğu, dünyaduyumunun bənzərsizliyi baxımından xüsusi diqqət çəkir (Sipehrinin müasiri, ünlü fars şairəsi Foruğ Fərruxzad belə deyirdi: “Söhrab hamıdan fərqlənir”). Təsadüfi deyil ki, özündən sonrakı poetik nəslə ciddi təsir bağışlayan Sipehri poeziyasına bütün dünyada maraq ilbəil artmaqda, əsərləri müxtəlif dillərə tərcümə edilməkdədir. Sipehrinin şəxsiyyətinə özəl marağı şərtləndirən amillərdən biri də budur ki, o, İran mədəniyyəti tarixinə təkcə böyük şair kimi deyil, həm də dünyaca məşhur modernist rəssam kimi daxil olmuşdur.

    sipehri_resm

    Davamı...

    Şərhlər(2) Tədqiqlər Bookmark and Share

     

  • baxış
    75

    Əhməd Ünal Çam. ŞEİRLƏR

    Yazar: Məsiha Tarix: İyun 3, 2009 9:24

    DİNCLİYİN AYAQ SƏSLƏRİ

    Dincliyin ayaq səsləri,
    addım-addım uzaqlaşır.
    İçimdə qorxusu,
    boynumda nəfəsi.
    Vəfasızlıq ətrafımda sıxlaşır.

    Hər güzgüdə bir məğlubun gözləri,
    hər guşədə bir uduzmam.
    Ah!.. içimi yandırır
    peşmanlıq kolleksiyam;
    Artıq içimə sığmır…

    ahmet_unal_cham

    Davamı...

    Şərhlər(3) Tərcümələr Bookmark and Share

     

  • baxış
    68

    Əxtər xanım Mərəndli. QƏZƏL

    Yazar: Məsiha Tarix: May 30, 2009 21:51

    EY KÖNÜL, AĞLAMAGİL, AĞLAMAĞIN YOX SƏMƏRİ,
    QURTULAN VARMIDI GÖZ YAŞI İLƏ? YOX XƏBƏRİM!


    Gördüm ağlar gözünü, qaana dönüşdü cigərim,
    Sənin ağlar gözünə qatlaşa bilməz bəsərim.

    Yanağından süzülən göz yaşı iiçiimi yaxar,
    Könlümün yanğınına şahid olar çeşmi-tərim.

    Gül yanağında sənin göz yaşı axdıqca, gülüm,
    San qızılgül üzərində şehə düşdü nəzərim.

    goz_yashi

    Davamı...

    Şərhlər(2) Başqa müəlliflərdən Bookmark and Share

     

  • baxış
    77

    Aydın Araz. SAAT, ALTIDA DAYANMIŞDI

    Yazar: Məsiha Tarix: May 30, 2009 0:57

    (Hekayə)

    Atilla İskəndaniyə

    Qaranlıq pillələri enib dükanın aşağı çəkilmiş kirkirəsini döydü. Qoca gahdan yatmağa evəaydin_araz getməzdi, qalardı dükanın içində, radioya qulaq asıb siqar çəkərdi dalbadal.
    - Aç, mənəm – dedi Əmir.
    Qoca uzun, incə barmaqlarını məftillərin arasına salıb kirkirəni çəkdi yuxarı. Əmir boynunu azca əyib girdi dükana. Siqar tüstüsü divarda yanan kiçicik çırağın başında burulub fırlanırdı. Divardan köhnə-köhnə, işdən düşmüş saatlar asılmışdı. Neçəsi də işləyirdi. Təkcə radionun sönük olduğunda, əqrəblərin tik-tak səsləri eşidilirdi.
    - Yorulma! Bağla gedax çay qırağındakı şama. Bu gecə Ay doludu, işıxdı! – dedi Əmir.
    Əmir boynuna kiçik naldan olan bir boyunbağı salmışdı. Sağ qulağının üstündə həmişə bir gilə siqar var idi. O ancaq siqar çəkməzdi.
    Qoca siqarıyla başqasını alışdırıb qapını qıfılladı. Kirkirəni çəkib pillələri çıxdıqlarında, başını qaldırıb fələkədəki saat binasının əqrəblərinə baxdı. Saat altını göstərirdi.
    - Hər gecə sahat on ikidə bu sahat altı sahat qabax, altı sahat da dalıdı – gülümsəyərək dedi Əmir.
    - Buyün onuncu ixtarı da verdilər. Amma düzətməyəcəm – dedi qoca.

    salvador_dali

    Davamı...

    Şərhlər(3) Başqa müəlliflərdən Bookmark and Share

     

  • baxış
    178

    TƏRCÜMƏ ÇƏLƏNGİ

    Yazar: Məsiha Tarix: May 14, 2009 11:23

    Pərvin Etisami. QƏZƏL

    Xoşdurur1 kim sinədə dürri-məani2 saxlamaq,
    Yox olurkən leyk3 ömrü cavidaani saxlamaq.

    Əqlilə övraqi4-dünyaya girərkən, ey könül,
    Eşqi də bir giz5 kimi içdə nihaani6 saxlamaq.

    Can bağında anbaan əkmək gərək min türlü rəng,
    Ol könül baağında yetkin baağbaanı saxlamaq.

    Eşq üçün bəslər ikən sirlərlə dolğun bir könül,
    Ərməğan ol yar üçün sevdalı caanı saxlamaq. 

    parvin

    Davamı...

    Şərhlər(10) Tərcümələr Bookmark and Share

     

  • baxış
    108

    Əli Cavadpur. ŞEİRLƏR

    Yazar: Məsiha Tarix: May 9, 2009 4:53

    PAYIZ

    Meşədə payız
    bir ağacın yarpağından başlayır,
    yarpaq-yarpaq payızlayır ağaclar,
    ağac-ağac payız yayır ağaclar!

    Çörək həsrətiniz ürəyimi aldı
    payız küləyi kimi,
    Ay qara aclar!
    Ay ağ aclar!
    Qoymadı ağzımda tikəmi udam!..

    Payızlayır dünyamız
    Adam-adam!..  

    payiz

    Davamı...

    Şərhlər(5) Başqa müəlliflərdən Bookmark and Share

     

  • baxış
    172

    “KEÇMƏ YOLDAŞDAN XIZIR TƏK ÇEŞMEYI-HEYVAN ÜÇÜN”

    Bir ulu niyyət üçün əzm eyləyib düşdüm yola,
    Gah sağa meyl eylədim, gah bilmədim, vardım sola,
    Yolçuluq eşqindən əsla çəkmədim əl, hər nola
               Canı sevmək yaxşıdır, çox yaxşıdır, canan üçün
               “Keçmə yoldaşdan Xızır tək çeşmeyi-heyvan üçün”.

    Duyğular köksümdə hər an durmadan həp çağladı,
    Çağlayışlar çox uğurlar, mutluluqlar sağladı,
    Haqq özümsəndikcə batil tam kökündən laxladı,
               Yer də, göy də, kəhkəşan da fırlanır insan üçün,
               “Keçmə yoldaşdan Xızır tək çeşmeyi-heyvan üçün”. 

    saib_mezar

    Davamı...

    Şərhlər(8) Başqa müəlliflərdən Bookmark and Share

     

Qabaqkı yazılar

 

Tema dəstəyi

 


My BlogCatalog BlogRank

Poetry Blogs - Blog Catalog Blog Directory



View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button